AFFA-da şəhid və qazi övladları üçün sosial tədbir təşkil edilib
8 Noyabr - Zəfər Günü münasibətilə AFFA tərəfindən şəhid və qazi övladları üçün sosial tədbir təşkil olunub.
"Mediasport" xəbər verir ki, tədbir çərçivəsində uşaqlar Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak edərək futbolçularla görüşüblər.
Görüşdə AFFA-nın Sosial və ətraf mühit dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva və Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov uşaqları Zəfər Günü münasibətilə təbrik ediblər.
Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Uşaqlar futbolçularla söhbət edib, onlarla vaxt keçiriblər.
Tədbirin sonunda AFFA tərəfindən şəhid və qazi övladlarına hədiyyələr təqdim olunub və xatirə fotosu çəkdirilib.

