SON DƏQİQƏ! AFFA bu çempionatı keçirməyə qərar verdi - RƏSMİ

SON DƏQİQƏ! AFFA bu çempionatı keçirməyə qərar verdi - RƏSMİ

AFFA Region Liqası həvəskarlarının intizarına son qoyub.

Qurumdan "Mediasport"a verilən məlumata görə, federasiya uzun zamandır təşkilini götür-qoy etdiyi Region Liqasının mövsümün ortasında olsa belə, başladılaraq keçirilməsini məqbul sayıb.

Bu barədə yarışda iştirak edəcək bütün klublara rəsmi bildiriş göndərilib. Federasiya 2-ci turdan etibarən komandaların hamısını yeni formalarla təmin edəcək.

Qeyd edilib ki, martın əvvəlində çempionatın püşkü atılacaq, həftə sonu isə ilk turun görüşləri keçiriləcək.

Liqada 50-dək komandanın iştirakı gözlənilir.