Babək Quliyev Trabzonda Avropa çempionatı oyunlarında olacaq

 Babək Quliyev Trabzonda Avropa çempionatı oyunlarında olacaq

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

"Mediasport" xəbər verir ki, sabiq FİFA referisi O, Türkiyənin Trabzon şəhərində keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının 2027-ci il seçmə mərhələsinin 11-ci qrupunun oyunlarında hakim-inspektor və UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.

Babək Quliyev noyabrın 11-də Macarıstan - Şimali Makedoniya, noyabrın 14-də Şimali Makedoniya - San Marino, noyabrın 17-də isə San Marino - Macarıstan qarşılaşmalarında təyinat alıb.