"Turan Tovuz"la oyuna doğru - "Qarabağ" azarkeşlərinin diqqətinə!
Noyabrın 6-da Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində "Turan Tovuz"u sınağa çəkəcək "Qarabağ" azarkeşlərinə çağırış edib.
"Mediasport" xəbər verir ki, Ağdam klubu matçın keçiriləcəyi "Azərsun Arena"da fiziki bilet satışı olmayacağını açıqlayıb.
Kassalarda yalnız onlayn bilet əldə etmək istəyən azarkeşlərə QR-biletin alınması ilə bağlı dəstək xidməti göstəriləcək.
Azarkeşlərdən biletlərini əvvəlcədən iTicket.az saytı və ya mobil tətbiqi vasitəsilə əldə etmələri xahiş olunur.
Qeyd edək ki, görüş saat 18:00-da start götürəcək.

