AFFA nümayəndəsi Zamiq Əliyevin komandasının oyununa təyinat aldı

AFFA nümayəndəsi Zamiq Əliyevin komandasının oyununa təyinat aldı

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.

"Mediasport" xəbər verir ki, qurum rəsmisi Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin "Eqnatiya" (Albaniya) - "Olimpiya" (Sloveniya) matçında UEFA nümayəndəsi olacaq.

Azərbaycanlı futbolçu Zamiq Əliyev də Albaniya klubunda forma geyinir.

Görüş Albaniyanın Rroqojine şəhərindəki “Eqnatia” stadionda keçiriləcək.

Xatırladaq ki, komandalar arasında Sloveniyadakı ilk görüşdə hesab açılmayıb.