Yığmamız Düşənbədə keçirilən Qran-prini 5 medalla başa vurdu

 Yığmamız Düşənbədə keçirilən Qran-prini 5 medalla başa vurdu

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət millisi Tacikistanın paytaxtı Düşənbədə keçirilən Qran-pri turnirini beş medalla başa vurub.

"Mediasport" xəbər verir ki, yarışın son günündə daha iki təmsilçimiz fəxri kürsüdə yer alıb.

Əli Qazıməmmədov (-90 kq) və Davud Namazlı (-100 kq) üçüncü yeri tutublar.

Xatırladaq ki, turnirin ilk günündə Vüsalə Hacıyeva (-57 kq) gümüş, Xədicə Qədəşova (-57 kq) və Hanna Zaytseva (-63 kq) bürünc medal qazanıblar.