Eldəniz və Sənan Astanada dünya çempionu adını qazandılar!

 Eldəniz və Sənan Astanada dünya çempionu adını qazandılar!

Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, ikinci yarış günündə Azərbaycan komandası iki qızıl medal qazanıb.

4 qat dünya çempionu Eldəniz Əzizli (55 kq) finalda iranlı Payam Əhmədini məğlub edərək mundiallarda qızıl mükafat sayını 5-ə çatdırıb.

Sənan Süleymanov (77 kq) isə finalda moldovalı Aleksandrin Qutuya qalib gələrək karyerasında ilk dəfə böyüklər arasında dünya çempionu olub.

Xatırladaq ki, turnir noyabrın 1-də başa çatacaq