Mahir yeni komandasında İngiltərə klubuna qol vurdu

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" növbəti yoxlama matçını keçirib.
"Mediasport" xəbər verir ki, 2-ci Bundesliqa təmsilçisi İngiltərənin "Notts Kaunti" kollektivi ilə qarşılaşıb.
Görüş almanların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yığmamızın forvardı 10-cu dəqiqədə 3-cü qolun müəllifi olub.