Canni İnfantino ilə Arsen Venger "Sabah" - "Qarabağ" oyununda
FİFA prezidenti Canni İnfantino və təşkilatın Qlobal futbol inkişafı departamentinin rəhbəri, əfsanəvi məşqçi Arsen Venger "Dalğa Arena"da olublar.
"Mediasport" xəbər verir ki, funksionerlər AFFA prezidenti Rövşən Nəcəflə birlikdə Azərbaycan Premyer Liqasının 9-cu turunun "Sabah" - "Qarabağ" matçını izləyiblər.
Görüş 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, beynəlxalq futbol qurumunun rəhbər şəxsləri Bakıda keçirilən U-15 Dünya Kuboku və Festivalı ilə əlaqədar ölkəmizdə səfərdədirlər.

