Yenə də "Qarabağ" - Azərbaycan dünya nəhənglərini geridə qoydu

2025/2026-cı illər mövsümündə avrokuboklarda klubları ən çox qələbə qazanan ölkələrin siyahısı açıqlanıb.
"Mediasport" xəbər verir ki, Azərbaycanın da yer aldığı sıralamada Polşa 20 qalibiyyətlə liderdir.
Kipr və Portuqaliyanın aktivində 15 qələbə varsa, İsveç və Danimarka klubları 14, Moldova və Niderland təmsilçiləri isə 12 dəfə qalib gəliblər.
5-ci pillədə olan İngiltərə, İsveçrə və Norveçdə bu göstərici 11-ə bərabərdir.
Azərbaycan 10 qələbə ilə Ukrayna, İrlandiya, Macarıstan və Belçika ilə 6-cı yeri bölüşməklə, İspaniya, İtaliya, Fransa, Almaniya və Türkiyə kimi ölkələri qabaqlayır.
Xatırladaq ki, ölkəmizin hesabında qələbələrdən 7-si "Qarabağ"ın, 2-si "Sabah"ın, 1-i "Zirə"nin payına düşür.