Millimiz dünya çempionatında ilk məğlubiyyətini Avstraliyadan aldı
Azərbaycanın U-15 futbol millisi Bakıda keçirilən dünya çempionatında növbəti oyununu keçirib.
"Mediasport" xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda üçüncü görüşdə Avstraliya yığmasına məğlub olub - 1:3.
Xatırladaq ki, U-15 turnirdə bunadək Timor-Leste komandasına 6:0, Andorraya isə 1:0 hesabları ilə qalib gəlib.
Millimiz oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti futbolçuları ilə qarşılaşacaq.
DÇ oktyabrın 30-da başa çatacaq.

