Bu stadionun təmirinə əlavə 2,1 milyon manat ayrıldı - FOTO
Gənclər və İdman Nazirliyi Xankəndi şəhər stadionunda aparılan təmir və yenidənqurma işləri ilə bağlı yeni tender müqaviləsi imzalayıb.
"Mediasport" xəbər verir ki, dövlət satınalmaları reyestrinin məlumatlarına əsasən, stadionda smetada nəzərdə tutulmayan əlavə təmir və yenidənqurma işlərinin satın alınması "Planet Construction" MMC-yə həvalə edilib.
Tərəflər arasında bağlanmış satınalma müqaviləsinin ümumi dəyəri 2 milyon 154 min 829 manat təşkil edir.



