Azərbaycan milli komandası Belarusa böyük hesabla uduzdu

 Azərbaycan milli komandası Belarusa böyük hesabla uduzdu

Qadınlardan ibarət futbol üzrə Azərbaycan millisi Belarus toplanışı çərçivəsində bu gün ilk yoxlama matçını keçirib.

"Mediasport" xəbər verir ki, Siyasət Əsgərovun komandası yerli yığma ilə üz-üzə gəlib.

Matç Jodinodakı “Torpedo” stadionunda reallaşan oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb.

Futbolçularımız iyulun 2-dək davam edəcək hazırlıq çərçivəsində Belarus seçməsi ilə ikinci dəfə iyulun 1-də Minskdə yerləşən “Traktor” stadionunda üz-üzə gələcək.


Yoldaşlıq oyunu


Belarus - Azərbaycan 3:0

Baş hakim: Vera Opeykina (Rusiya)

Jodino, “Torpedo” stadionu.