Qadın güləşi üzrə yeniyetmələr arasında açıq turnir keçirilib
Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında qadın güləşi üzrə yeniyetmələr arasında açıq turnir keçirilib.
Azərbaycan Güləş Federasiyasından "Mediasport"a verilən məlumata görə, yarış U-15 və U-17 yaş qrupları üzrə təşkil edilib.
Turnirdə Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan 100-ə yaxın yeniyetmə güləşçi mübarizə aparıb.

