"Araz-Naxçıvan" fasilədə 1-ci Liqanın lideri ilə qarşılaşacaq

“Araz-Naxçıvan” üç günlük istirahıtin ardından məşqlərini bərpa edib.
"Mediasport" xəbər verir ki, bu gün və sabahkı məşqlərdən sonra komanda Premyer Liqada yaranmış fasilə ilə əlaqədar yoxlama oyununda gücünü sınayacaq.
Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv 1-ci Liqa təmsilçiis "Şəfa" ilə qarşılaşacaq.
Oktyabrın 10-da Bakı Olimpiya Stadionunun ehtiyat meydanında keçiriləcək görüş saat 15:00-da start götürəcək.