"Qarabağ"dan ayrılan futbolçu 1-ci Liqa klubunda oynayacaq

1-ci Liqada yeni mövsümə hazırlaşan "Difai" heyətini yeni futbolçu ilə gücləndirib.
"Mediasport" xəbər verir ki, yeni baş məşqçi Araz Bağırovun formalaşdırdığı komandaya Nihad Həsənzadə transfer edilib.
22 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Nihadın son komandası 2023/2025-ci illərdə "Qarabağ-2" olub.
Azərbaycanın U-19 millisinin sabiq üzvü "Şamaxı-2"də də forma geyinib.