"Neftçi" Şotlandiya klubundan xorvatiyalının keçidini həll etdi

"Neftçi" Şotlandiya klubundan xorvatiyalının keçidini həll etdi

"Neftçi" yeni transferə hazırlaşır.

"Mediasport" xəbər verir ki, Bakı klubu heyətini xorvatiyalı Viçko Şevellə gücləndirəcək.

Bu barədə Şotlandiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, "Dandi Yunayted"də forma geyinən yarımmüdafiəçinin keçidi üçün bir müddətdir danışıq aparan tərəflər razılığa gəliblər.

Vətənində “Hayduk”un yetirməsi olan Şevelin britaniyalılarla müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Onun transfer dəyəri 650 min avro qiymətləndirilir.