Bu klub ardıcıl 2-ci, ümumilikdə 28-ci dəfə ölkə çempionu oldu

Bu klub ardıcıl 2-ci, ümumilikdə 28-ci dəfə ölkə çempionu oldu

Futbol üzrə Rumıniya Superliqasının qalibi məlum olub.

"Mediasport" xəbər verir ki, FKSB ardıcıl ikinci dəfə çempion adını qazanıb.

Buxarest təmsilçisinin vaxtından əvvəl qızıl medallara sahib çıxması çempionluq qrupunda ən yaxın izləyiciləri - "Universitatya Krayova" ilə ÇFR-in heç-heçə etməsindən sonra rəsmiləşib.

Beləliklə, kiprli Elias Xaralambusun baş məşqçisi olduğu kollektiv tarixində 28-ci dəfə Rumıniyanın ən güclüsü adına yiyələnib.