Argentina yığmasını məğlub edib ilk dəfə dünya çempionu oldular

Çilinin ev sahibliyi etdiyi U-20 dünya çempionatının qalibi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Mərakeş millisi tarixində ilk dəfə qızıl medalları qazanıb.
Afrika təmsilçiləri finalda Argentina yığmasını məğlub ediblər - 2:0.
Üçüncü yer uğrunda görüşdə isə Kolumbiya futbolçuları Fransanı 1 cavabsız qolla üstələyərək mükafata sahib çıxıblar.
Qeyd edək ki, U-20 dünya çempionatı 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək.