“Golden Boy” mükafatına yekun namizədlər məlum oldu - SİYAHI

Avropanın ən yaxşı gənc futbolçusuna təqdim edilən illik “Golden Boy” mükafatına yekun namizədlərin siyahısı açıqlanıb.
"Mediasport" xəbər evrir ki, qalib adı uğrunda 25 oyunçu mübarizə aparacaq:
Pau Kubarsi (“Barselona”), Dezire Due, Uorren Zair-Emeri, Senni Mahulu (hamısı PSJ), Arda Gülər, Franko Mastantuono, Din Höysen (hamısı “Real" Madrid”), Estevao, Yorrel Hato (hər ikisi “Çelsi”), Françesko Pio Esposito (“İnter”), Maylz Lyuis-Skelli, İtan Nvaneri (hər ikisi “Arsenal”), Kənan Yıldız (“Yuventus”), Covani Kenda (“Sportinq”), Leni Yoro (“Mançester Yunayted”), Niko O'Reyli (“Mançester Siti”), Elis Ben Segir (“Bayer" Leverkuzen”), Viktor Froholdt (“Portu”), Lukas Berqvall, Arçi Qrey (hər ikisi “Tottenhem”), Mamadu Sarr (“Strasbur”), Kob Bellingem (“Borussiya" Dortmund”).
2003-cü ildə təsis edilmiş mükafat daha əvvəl qalib olmamış 21 yaşadək ən yaxşı oyunçuya verilir. Son qalib “Barselona”dan Lamin Yamaldır.
Münsiflər heyəti və dünyanın 50-dən çox idman jurnalistinin səsverməsi ilə seçiləcək qalibin adı dekabrda müəyyənləşəcək.