Ərdoğanın iştirakı ilə İstanbulda UEFA-nın nümayəndəliyi açıldı

Ərdoğanın iştirakı ilə İstanbulda UEFA-nın nümayəndəliyi açıldı

Türkiyənin İstanbul şəhərində Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) nümayəndəliyi açılıb.

"Mediasport" xəbər verir ki, açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və UEFA prezidenti Aleksandr Çeferin iştirak ediblər.

Türkiyə Futbol Federasiyasının 1962-ci ildən etibarən UEFA-nın tamhüquqlu üzvü olduğunu qeyd edən ölkə başçısı 63 ildir Avropa futbol qurumu ilə sıx əməkdaşlıq etdiklərini diqqətə çatdırıb.

Mərasimə bir sıra federasiya nümayəndələri də qatılıblar. Ölkəmizi tədbirdə AFFA-nın icraçı vitse-prezident Sərxan Hacıyev təmsil edib.

İstanbul ofisi UEFA-nın London (Böyük Britaniya) və Brüsseldən (Belçika) sonra üçüncü xarici nümayəndəliyidir.