Qurbanov Albaniya çempionatının lider klubu ilə müqavilə bağladı

Qurbanov Albaniya çempionatının lider klubu ilə müqavilə bağladı

Futbol üzrə Azərbaycan 1-ci Liqa klubu "Difai"nin üzvü Bayraməli Qurbanov karyerasını ölkə xaricində davam etdirəcək.

"Mediasport" xəbər verir ki, 24 yaşlı cinah oyunçusu Albaniya klubuna keçib.

O, 2-ci Liqada yarışan "Beselidya"da forma geyinəcək.

Leja şəhərini təmsil edən komanda 10 turdan sonra 26 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.