Avropa Liqası turnirində milli komandaya o kapitanlıq edəcək
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi iyunun 6-da Avropa Liqasında mübarizəyə start verəcək.
"Mediasport" xəbər verir ki, həmin turnirdə yığmamızın kapitanı Vüqar Bayramov olacaq.
Yığmamız öncə Yunanıstan və İsveçlə, növbəti raundda isə Rumıniya və İspaniya ilə qarşılaşacaq.
Ölkəmizdə baş tutacaq mərhələdə rəqiblərimiz Macarıstan və Portuqaliya olacaq.


