"Sabah"ın yay hazırlıq planı bilindi: "Bayquşlar" Avstriyaya gedəcəklər
"Sabah"ın yay təlim-məşq toplanışı üçün planı bəlli olub.
"Mediasport" xəbər verir ki, Azərbaycan çempionu yeni mövsümün hazırlıqlarına iyunun 17-də başlayacaq.
Avstriyanın Tirol bölgəsində baş tutacaq toplanış iyulun 3-dək davam edəcək.
Hazırlıq çərçivəsində 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.
Rəqiblər və oyunların tarixi ilə hələlik məlumat verilməyib.


