Tanınmış menecer "Kəpəz"in idman direktoru təyin edildi

Tanınmış menecer "Kəpəz"in idman direktoru təyin edildi

Sponsor məsələsini həll edən "Kəpəz"də "sular durulmaq" üzrədir.

SOCAR-a bağlı iş adamının himayəsinə keçməsi an məsələsi olan Gəncə klubunda hazırda vəzifə bölgüsü müəyyənləşdirilir.

Son sənədləşmə prosedurunu keçən "sarı-göylər"in İdarə Heyətinin sədri İlqar Nadiri yeni dönəmdə də burada fəaliyyətini davam etdirəcək.

Gənc idarəçi yeni yaradılacaq Müşahidə Şurasında söz sahiblərindən olacaq.

Müşahidə Şurasının yeni rəhbərinə müşavir təyin olunacağı deyilən Erkin İbrahimovun da hansı postu tutacağı dəqiqləşib.

Tanınmış menecer klubun idman direktoru vəzifəsini icra edəcək.

Mediasport.com.az