AKF-də Təşkilat Komitəsinin görüşündə nəyi müzakirə etdilər?

 AKF-də Təşkilat Komitəsinin görüşündə nəyi müzakirə etdilər?

Azərbaycan Karate Federasiyasının baş ofisində federasiyanın Təşkilat Komitəsinin təşkilatçılığı ilə federasiyanın nəzdində fəaliyyət göstərən karate üslublarının rəhbərləri və nümayəndələri ilə görüş keçirilib.

"Mediasport" xəbər verir ki, görüş zamanı qarşıda duran təşkilati məsələlər, üslubların fəaliyyətinin daha səmərəli təşkili və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

İclas çərçivəsində, həmçinin noyabr-dekabr aylarında müxtəlif karate üslubları üzrə keçirilməsi nəzərdə tutulan ölkə çempionatları və birinciliklərin təşkili, yarışların təqvimi, hazırlıq prosesi və digər təşkilati məsələlər müzakirə olunub.

Görüşdə üslublar üzrə yarışların vahid koordinasiya prinsipləri əsasında təşkili, mövcud məsələlərin operativ şəkildə həlli və qarşıdakı dövrdə görüləcək işlərlə bağlı müvafiq fikir və təkliflər səsləndirilib.