Balabəy Ağayev Fransada "Böyük Dəbilqə"də qızıl medal qazandı

Balabəy Ağayev Fransada "Böyük Dəbilqə"də qızıl medal qazandı

Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürüb.

"Mediasport" xəbər verir ki, Azərbaycan idmançıları ilk gündə iki medal qazanıblar.

60 kq çəki dərəcəsində yarışan Balabəy Ağayev bütün rəqiblərinə qalib gələrək çempion olub.

66 kq çəkidə yer alan Ruslan Paşayev isə bürünc mükafat əldə edib.

Sabah yekunlaşacaq turnirdə ölkəmiz səkkiz cüdoçu ilə təmsil olunur.