Cüdoçularımızın uğursuzluğu davam edir - Dünya çempionatı

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, bu gün Azərbaycanın daha üç təmsilçisi yarışa qoşulub.
Hər üç cüdoçumuz - Fidan Əlizadə (57 kq), Hidayət Heydərov və Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) ümidləri doğrultmayıblar.
Qeyd edək ki, Azərbaycan mundiala 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) ilə yollanıb.
Daha əvvəl yarışan 5 idmançımız da (Əhməd Yusifovla (60 kq), Ruslan Paşayev (66 kq), Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq) və Gültac Məmmədəliyeva (52 kq) medal qazana bilməyib.