Azərbaycanın 6 cüdoçusu Açıq Asiya Turnirində medal qazandı

Azərbaycanın 6 cüdoçusu Qazaxıstanın Aktau şəhərində start götürən Açıq Asiya Turnirinin ilk günündə medalçılar sırasında yer alıb.
"Mediasport" xəbər verir ki, Tofiq Məmmədov (-66 kq) və Gültac Məmmədəliyeva (-52 kq) bütün rəqiblərinə qalib gələrək beynəlxalq yarışın qalibi olub.
Hüseyn Allahyarov (-60 kq) ilə Ülviyyə Bayramova (-57 kq) gümüş medala yiyələniblər.
Elşən Əsədov (-66 kq) və İbrahim Əliyev (-73 kq) millimizin aktivinə bürünc medal yazdırıblar.
Milli komandamız turnirə 25 cüdoçu ilə qatılıb.