Azərbaycan güləşçiləri U-20 dünya çempionatında 9 medal qazandılar

 Azərbaycan güləşçiləri U-20 dünya çempionatında 9 medal qazandılar

Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U-20 dünya çempionatı başa çatıb.

"Mediasport" xəbər verir ki, sonuncu yarış günündə Azərbaycanın iki idmançısı medal qazanıb.

Final görüşünə çıxan Hacı Kərimov (70 kq) iranlı Sina Mehdi Xəliliyə uduzaraq dünya ikincisi olub.

Yusif Dursunov (125 kq) isə bürünc medal uğrunda gürcüstanlı Aleksandre Abramişvilini məğlub edib.

Beləliklə, güləşçilərimiz gənclərin dünya çempionatını 9 (1 qızıl, 4 gümüş, 4 bürünc) yekunlaşdırıblar.

Xatırladaq ki, Azərbaycan birincilikdə 24 güləşçi ilə təmsil olunub.

Böyük məşqçi Turac Hüseynli, məşqçilər Emin Əhmədov, Həsən Əliyev və Akif Əliyevin rəhbərliyi altında yunan-Roma güləşi: Emin Cavadlı (55 kq), Ayxan Cavadov (60 kq), Tural Əhmədov (63 kq), Murad Əliyev (67 kq), Kamran Rəcəbli (72 kq), Cavidan Nehmətov (77 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq), Rihad İbrahimli (97 kq), Mikayıl İsmayılov (130 kq).

Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevın rəhbərliyi altında qadın güləşi: Esra Məmmədli (53 kq), Günay Qurbanova (57 kq), Ruzanna Məmmədova (59 kq), Zəhra Kərimzadə (72 kq).

Böyük məşqçi Əşfəf Əliyev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əsgərxan Novruzovun rəhbərliyi altında sərbəst güləş: Muhəmməd İsmayılov (57 kq), Camal Abbasov (61 kq), Bəşir Verdiyev (65 kq), Hacı Kərimov (70 kq), İsmayıl Rəhimli (74 kq), Elcan İsmayılzadə (79 kq), Məhəmməd Abbaszadə (86 kq), Hüseyn Məmmədtağızadə (92 kq), Fərhad Süleymanlı (97 kq), Yusif Dursunov (125 kq) yarışacaq.