Milli komandamız "Çempionlar" turnirini 6 medalla başa vurdu

 Milli komandamız "Çempionlar" turnirini 6 medalla başa vurdu

Türkiyənin Antalya şəhərində gənclər (U-20) arasında keçirilənyunan-Roma güləşi üzrə “Çempionlar” turniri yekunlaşıb.

"Mediasport" xəbər verir ki, səfərə 25 güləşçi ilə yollanan Azərbaycan millisi yarışı 3 gümüş və 3 bürünc medalla başa vurub.

İdmançılarımız son gündə aktivlərinə 1 gümüş və 1 bürünc mükafat yazdırıblar - Tural Əhmədov (63 kq) ikinci, Elmin Əliyev (82 kq) isə üçüncü olub.

Beləliklə, millimiz ənənəvi turniri 6 medalla tamamlayıb. Yarışda daha öncə Turan Daşdəmirovla (55 kq) Ayxan Cavadov (60 kq) gümüş, Vədat Qasımlı (60 kq) və İsmayıl Rzayev (97 kq) bürünc medal əldə etmişdi.

Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında Antalyaya yollanan yığmamız 122 xalla komanda hesabında 2-ci yeri tutub. İran (128) birinci, Qırğızıstan (115) isə üçüncü yeri təmin edib.

Turnirdə II dərəcəli beynəlxalq hakimlər Xəyal Əliyev və Kamran Baxışov ədaləti qoruyub.