"Avropa çempionatında güclü olduğumuzu bir daha sübut etdik"

"Avropa çempionatında güclü olduğumuzu bir daha sübut etdik"

"Yunan-Roma, sərbəst və qadınlardan ibarət güləş yığmalarını təbrik edirəm. Nəticəyə görə çox şadam. Avropa çempionatında güclü olduğumuzu bir daha sübut etdik".

"Mediasport" xəbər verir ki, bu sözləri yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi Aleksandr Tarakanov deyib.

Mütəxəssis Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış edən yığmanın nəticələri və qarşıdakı planlar haqda danışıb:

"Heyətdə gənc idmançılarımız var, onlar möhtəşəm güləşdilər. Planlarımıza yenə də təlim-məşq toplanışları, daha sonra isə dünya çempionatı daxildir. Lakin bizim üçün əsas Olimpiya oyunlarına hazırlıqdır.

Güləş Azərbaycanda milli idman növüdür. Bizə olan etimadı doğrultmaq istəyirik. Üzərimizə böyük məsuliyyət düşür. Dəstəyiniz üçün təşəkkür edirəm".

Qeyd edək ki, millimiz AÇ-də 3 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında 1-ci yeri tutub.