Nərgiz İsmayılova Avropa çempionatı oyunlarına dəvət aldı

Azərbaycan Voleybol Federasiyasının (AVF) Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə təyinat alıb.
"Mediasport" xəbər verir ki, mütəxəssis kişi voleybolçular arasında (U-22) 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat mərhələsinin oyunlarında iştirak edəcək.
O, iyulun 11-13-də Türkiyədə keçirilən B qrupunun oyunlarında supervayzer kimi hakimlərin işinə və yarışın təşkilinə qiymət verəcək.
Qeyd edək ki, burada ev sahibi ilə yanaşı, Serbiya, Almaniya və Çexiya milliləri də mübarizə aparır.