"Neftçi"nin millidəki kapitanı Messiyə qarşı 90 dəqiqə oynadı

"Neftçi"nin millidəki kapitanı Messiyə qarşı 90 dəqiqə oynadı

Dünya futbolunun ulduzlarından Lionel Messi Argentina milli komandasında çıxışını başa vurub.

"Mediasport" xəbər verir ki, yığma onun kapitanlığında son dəfə Benin millisi ilə yoldaşlıq görüşü keçirib.

Paytaxt Buneos-Ayresdə baş tutan qarşılaşma cənubi amerikalıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İki məhsuldar ötürmə edən Messi penaltidən 3-cü qolun müəllifi olub.

Rəqibin heyətində "Neftçi"nin legioneri Sessi D`Almeyda 90 dəqiqə oynayıb.

Qeyd edək ki, Lionel Messi yığmada 2005-ci ildə debüt edib.

Dünya çempionu millidə 208 oyunda 125 qol və 68 assistlə yadda qaldı.