Azərbaycan millilərinin Avropa çempionatı rəqibləri müəyyənləşdi
18 və 20 yaşadək qız və oğlan basketbolçulardan ibarət Azərbaycan milli komandalarının Avropa çempionatının seçmə mərhələsində rəqibləri müəyyənləşib.
"Mediasport" xəbər verir ki, qızlardan ibarət U-18 B divizionunun A qrupunda yarışacaq.
Rəqiblərimiz İslandiya, Portuqaliya, Rumıniya və Niderland olacaq. Bu qrupun matçları iyulun 31-dən avqustun 9-dək keçiriləcək.
Oğlanlardan ibarət U-18 millisi B divizionunun B qrupunda Polşa, İslandiya, Çexiya, Ukrayna və Portuqaliya ilə üz-üzə gələcək. Oyunlar iyulun 24-dən avqustun 2-dək təşkil ediləcək.
U-20 qız komandası B divizionunun A qrupunda İrlandiya, Albaniya və Yunanıstanla qarşılaşacaq. Matçlar iyulun 4-dən 12-dək reallaşacaq.
U-20 oğlan seçməsi isə A qrupunda İrlandiya, İsveç, Slovakiya və Şimali Makedoniya ilə gücünü yoxlayacaq. Bu qrupun da duelləri iyulun 10-dan 19-dək baş tutacaq.
