Azərbaycan millisi Türkiyədə Küveyt yığmasına məğlub oldu

Türkiyədə təlim-məşq toplanışında olan 18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama matçı keçirib.
"Mediasport" xəbər verir ki, yığmamız Küveyt baksetbolçuları ilə üz-üzə gəlib.
Görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 77:67.
Anar Sarıyevin rəhbərlik etdiyi kollektiv Avropa Çempionatının B Divizionu oyunları öncəsi baş tutan toplanışda əsasən taktiki və texniki məşqlər edir.
Toplanış iyulun 22-də başa çatdırılacaq.