Hakimlərimiz Avropa çempionatları oyunlarına təyinat aldılar
Basketbol hakimlərimiz gənclər arasında keçiriləcək Avropa çempionatlarının oyunlarına təyinat alıblar.
"Mediasport" xəbər verir ki, Ruslan Xalıqov, Urfan Bayramlı, Toğrul Həsənov və hakim-komissar Asif Bağışov qitə birinciliklərinin qarşılaşmalarında söz sahibi olacaqlar.
Ruslan Xalıqov U-18, Urfan Bayramlı U-20, Toğrul Həsənov U-20, Asif Bağışov isə U-16 Avropa çempionatının B divizionunun qarşılaşmalarında iş başında olacaqlar.
Xatırladaq ki, Avropa birincilikləri iyul və avqustda baş tutacaq.


