Millimiz Avropa çempionatını 3 qızıl, 2 bürünc medalla bitirdi

Millimiz Avropa çempionatını 3 qızıl, 2 bürünc medalla bitirdi

Monteneqronun paytaxtı Podqoritsada gənclər arasında cüdo üzrə Avropa çempionatına yekun vurulub.

"Mediasport" xəbər verir ki, Azərbaycan millisi qitə birinciliyində 5 medalla (3 qızıl, iki bürünc) 44 ölkə arasında komanda hesabında ikinci olub.

Yığmamız oğlanların mübarizəsində isə birinci yeri tutub.

Komandamızın heyətində Ayxan Mirzəzadə (60 kq), Məhəmməd Musayev (66 kq) və Süleyman Şükürov (90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

Davud Namazlı (100 kq) ilə Ramazan Əhmədov (+100 kq) isə bürünc mükafat əldə ediblər.