Hidayət yarışa buraxılmadı, federasiya cəza tədbiri gördü
Azərbaycanın Olimpiya çempionu Hidayət Heydərov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirinə buraxılmayıb.
"Mediasport" xəbər verir ki, buna cüdoçunun çəkisini salmaması səbəb olub.
Azərbaycan Cüdo Federasiyası daxili qaydalara uyğun olaraq idmançı barədə intizam tədbiri görüb.
Xatırladaq ki, dünya və Avropa çempionumuz 73 kq çəki dərəcəsində yarışmalı idi.
