Azərbaycan cüdoçuları Avropa Kubokunu 5 medalla başa vurdular

Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə Avropa Kubokuna yekun vurulub.
"Mediasport" xəbər verir ki, Azərbaycan millisi yarışda 5 medal qazanıb.
Son gündə cüdoçularımızdan oğlanlar arasında 73 kq çəkidə Ayxan Həsənli gümüş medal əldə edib.
90 kq çəki dərəcəsində yarışan Səid Hüseynov isə bürünc medala yiyələnib.
İlk gündə Könül Eyvazlı gümüş, Leyla Ələkbərova (hər ikisi 48 kq) və Röyal Qayıbov (60 kq) bürünc medal qazanmışdılar.
Yığmamız komanda hesabında 24 ölkə arasında 7-ci olub.