Azərbaycan təmsilçiləri İspaniyada AÇ-də fiaskoya məruz qaldılar
Azərbaycanın çimərlik voleybolçuları İspaniyanın paytaxtı Madriddə keçirilən U-22 Avropa çempionatında fiaskoya uğrayıblar.
"Mediasport" xəbər verir ki, İbrahim Məmmədov–Məhəmməd Aslanlı və Səbinə Əlizadə–Leyla Əliyeva cütlükləri bütün görüşlərini məğlubiyyətlə başa vurublar.
Sentyabrın 9-13-də təşkil olunan qitə birinciliyində oğlanların yarışında 26 ölkədən 32 cüt, qızların mübarizəsində isə 22 ölkədən 28 cüt qüvvəsini sınayıb.
Qeyd edək ki, voleybolçularımız sentyabrın 17-20-də Türkiyənin İzmir şəhərində baş tutacaq U-18 Avropa çempionatında da iştirak edəcəklər.

