Son çempion və Quba təmsilçisi qələbə qazandı - ABL-də 3-cü tur

Azərbaycan Basketbol Liqasında 3-cü turun görüşləri keçirilir.
"Mediasport" xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma reallaşıb.
Günün ilk matçında "Sabah" "Şəki"dən üstün olub (85:66).
"Sumqayıt" isə Bakı İdman Sarayında "Quba"ya uduzub (98:88).
Tura sabah yekun vurulacaq.
Xatırladaq ki, turun dünən baş tutan görüşlərində "Naxçıvan" "Lənkəran"ı (91:82), "Ordu" "Sərhədçi"ni (85:73) məğlub edib.