Baş məşqçi ilə müqavilə yeniləndi, köməkçi məşqçi haqda qərar verildi

"Lənkəran" Basketbol Klubu baş məşqçisi ilə müqavilənin müddətini uzadıb.
"Mediasport" xəbər verir ki, belarusiyalı mütəxəssis Georgi Kondruseviçlə yola davam edəcək.
Orxan Abbasov köməkçi məşqçi olacaq. O, həmçinin oyunçu kimi də komandasına köməklik edəcək.
Kondruseviçin rəhbərliyi altında "Lənkəran" ötən mövsümün mübarizə apardığı müntəzəm çempionatın B qrupunda 6-cı olub.
Komanda 4 pley-in mərhələsində "Gəncə" ilə qarşılaşıb. Hər 2 matçda məğlub olan cənub təmsilçisi nübarizəni pley-ində tamamlayıb.