"Neftçi" Avropa Kubokunda Estoniya klubu ilə qarşılaşır
"Neftçi" baksetbol komandası bu gün FİBA Avropa Kubokunda mübarizəyə başlayacaq.
"Mediasport" xəbər verir ki, paytaxt klubu təsnifat mərhələsində Estoniyanın "Parnu" komandası ilə qarşılaşacaq.
Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:00-da start götürəcək.
Cavab oyunu sentyabrın 30-da reallaşacaq.
Xatırladaq ki, cütün qalibi FİBA Avropa Kubokunun əsas mərhələsində yarışmaq hüququ qazanacaq.
Burada H qrupunda rəqiblər "Oradya" (Rumıniya), "Fribur Olimpik" (İsveçrə), VEF (Latviya), "Mikonos" (Yunanıstan) və "Lokomotiv" (Plovdiv, Bolqarıstan) komandaları olacaqlar.

