Azərbaycan yığmasının məşqçisi Norveç klubunun düşərgəsində
Azərbaycan milli komandasının məşqçisi Elnur Çodarov UEFA PRO lisenziyası üzrə təhsil proqramı çərçivəsində Norveçə yollanıb.
"Mediasport" xəbər verir ki, mütəxəssis "Volerenqa" klubunda bir həftəlik təcrübə proqramında iştirak edir.
Təcrübə müddətində E.Çodarov "Volerenqa"nın əsas komandasının baş məşqçisi Qeyr Bakke ilə görüşüb.
Görüş zamanı tərəflər müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıb, məşq prosesinin təşkili və iş prinsipləri ilə yaxından tanışlıq baş tutub.
Proqram çərçivəsində millimizin məşqçisi komandanın məşqlərini izləyib və iş prosesi ilə yerində tanış olub.
Elnur Çodarov "Volerenqa"nın baş məşqçisinə üzərində adı yazılmış Azərbaycan millisinin formasını hədiyyə edib.
