Azərbaycanda bu federasiya serbiyalı mütəxəssislə vidalaşdı
Azərbaycan Basketbol Federasiyası (ABF) ilə U-14 və daha aşağı yaş qrupları üzrə oğlan milli komandalarının koordinatoru Milan Kotaraç arasında əməkdaşlığa son qoyulub.
"Mediasport" xəbər verir ki, mütəxəssislə əməkdaşlıq sona çatıb.
O, iki il ərzində bu vəzifədə fəaliyyət göstərib, aşağı yaş qruplarında perspektivli basketbolçuların aşkarlanması, seçilməsi və inkişafı istiqamətində iş aparıb.

