Dünya Seriyasının Sumqayıt mərhələsinin iştirakçıları bilindi

3x3 qadın basketbolçular arasında Dünya Seriyasının Sumqayıt mərhələsinin iştirakçıları müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Azərbaycanla birgə Çexiya, Polşa, Ukrayna, Slovakiya, Qazaxıstan, Madaqaskar, Çin, Benin, Fransa, Böyük Britaniya, Latviya milliləri, həmçinin “Karolina” (Puerto Riko), “Pekin” (Çin), “Takasaki” (Yaponiya) və “Rapid” (Rumıniya) klubları mübarizə aparacaqlar.
İyulun 26-27-də keçiriləcək yarışın oyunları Sumqayıt şəhərinin dənizkənarı bulvarında baş tutacaq.