"Sabah" ardıcıl 3-cü dəfə Azərbaycan çempionu oldu!

 "Sabah" ardıcıl 3-cü dəfə Azərbaycan çempionu oldu!

Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün qalibi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, final seriyasının 6-cı oyununda "Neftçi" üzərində qələbə qazanan "Sabah" ümumi hesabda 4:2 irəli çıxaraq Azərbaycan çempionu adına yiyələnib - 83:78.

Bu, "bayquşlar"ın ardıcıl üçüncü çempionluğu olub.

Qeyd edək ki, komandalar arasında əvvəlki seriyalarda "Sabah"ın 3:2 hesablı üstünlüyü var idi.