Asim Xudiyev Macarıstana gedir
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Millətlər Liqasının Liqa mərhələsinin oyununa təyinat alıb.
"Mediasport" xəbər verir ki, o, noyabrın 15-də Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək Belarus - Albaniya qarşılaşmasında hakim-inspektor kimi fəaliyyət göstərəcək.
Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qarşılaşma Budapeşt şəhərində yerləşən “İllovski Rudolf” stadionunda keçiriləcək.

