"Qarabağ" UEFA Çempionlar Liqası üçün yeni legioner sifariş etdi

"Qarabağ" UEFA Çempionlar Liqası üçün yeni legioner sifariş etdi

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində qarşıdakı oyunlar üçün heyətini yeniləyib. 

"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisi uzun müddət oynaya bilməyəcək braziliyalı cinah oyunçusu Kadinin yerinə ispaniyalı yarımmüdafiəçi Xoni Montieli sifariş edib.

Xatırladaq ki, Kadi Çempionlar Liqasının dördüncü turunda "Çelsi" ilə 2:2 hesabı ilə başa çatan görüş zamanı zədələnmişdi.

Onun 2 aydan çox oynaya bilməyəcəyi dəqiqləşib.

UEFA-nın qaydalarına əsasən, futbolçu 2 aydan çox müddətə sıradan çıxıbsa, onu başqası ilə əvəzləmək mümkündür.